“Qarşıda bizi daha çox uğurlar gözləyir”– VİDEO

“Qarşıda bizi daha çox uğurlar gözləyir”– VİDEO

Hazırda oxunan: “Qarşıda bizi daha çox uğurlar gözləyir”– VİDEO

629998

“Düz bir il əvvəl, avqustun 8-də Prezident Donald Tramp Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı Ağ Evdə keçirilən sammitdə qəbul etdi. Həmin gün üç lider Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişədən sonra dayanıqlı sülhün əsasını qoyan tarixi saziş üzrə ilkin razılıq əldə etdilər”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun Vaşinqton sammitinin birinci ildönümü ilə bağlı videomüraciətində deyilir.

Onun sözlərinə görə, avqustun 8-dən etibarən Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna dəyişməz sadiqlik nümayiş etdirib, davamlı sülh naminə cəsarətli və konkret addımlar atıblar.

E.Karlon həmçinin vurğulayıb ki, son bir il ərzində TRIPP layihəsinin icrasında mühüm irəliləyiş əldə olunub və qarşıdakı il bu proses daha da sürətlənəcək.

“Qarşıda bizi daha çox uğurlar gözləyir”, - deyə amerikalı diplomat əlavə edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO