Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Səlcuq Bayraktar Bakıda Müdafiə Sənayesi naziri ilə GÖRÜŞDÜ - FOTO
624321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkədə işgüzar səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, "Baykar" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi Azərbaycanın müdafiə sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, həyata keçirilən birgə layihələr iki ölkə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Tərəflər görüş zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO