Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü – FOTO

Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü – FOTO

Hazırda oxunan: Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü – FOTO
619621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ə.Əsədov Prezident İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü – FOTO - foto 1
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO