Masada diplomatlar, meydanda raketlər danışır... – İran ətrafında TƏHLÜKƏLİ OYUN

Masada diplomatlar, meydanda raketlər danışır... – İran ətrafında TƏHLÜKƏLİ OYUN

Hazırda oxunan: Masada diplomatlar, meydanda raketlər danışır... – İran ətrafında TƏHLÜKƏLİ OYUN

615584

İran ətrafında proseslərlə bağlı qeyri-müəyyənlik davam edir. Belə ki, iki gün əvvəl Tehranla razılaşmanın əldə olunmaq üzrə olduğunu açıqlayan ABŞ mayın 25-dən 26-na keçən gecə yenidən İrana zərbələr endirib.   

Məlumata görə, ABŞ hərbi qüvvələri İranın cənubunda, Bəndər-Abbas yaxınlığında yerləşən raket obyektlərini və mina yerləşdirməyə çalışan qayıqları hədəf alaraq yeni hücumlar həyata keçirib. Hansı ki, Bəndər-Abbas limanı  Hörmüz boğazında yerləşən İran donanmasının bazasına ev sahibliyi edir.

ABŞ Mərkəzi Komandanlığı açıqlamasında bu hücumların "özünümüdafiə” xarakteri daşıdığını və "İranın yaratdığı təhdidlərdən əsgərləri qorumağa” yönəldiyini bildirib.

Maraqlıdır ki, bu hücumlar İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin ABŞ-la aparılan danışıqlarda müəyyən irəliləyiş əldə edildiyini, lakin münaqişəni sona çatdıracaq yekun razılaşmanın hələ əldə edilmədiyini bildirdiyi vaxta təsadüf edir.

Bu hücumlar ABŞ-la İran arasında danışıqlara, görəsən nə dərəcədə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli yaranmış vəziyyətdə danışıqları mümkün saysa da, situasiyanın kövrək olduğunu da söyləyib:
 

“Tərəflər arasında etimad böhranı var. Bu əsasda da razılaşmanın əldə olunması mümkün görünmür. Problem odur ki, ABŞ öz mövqeyini özünümüdafiə kimi əsaslandırır və danışıqlarda kompromisə getməyəcəyini bəyan edir. Digər tərəfdən, münaqişə enerji bazarlarını da silkələyib.


Prosesin uzanması fonunda tərəflərin ara-sıra bir-birinə zərbələr endirməsi qaçılmazdır. Danışıqlar mürəkkəbləşir. ABŞ İsrailin Səudiyyə Ərəbistanı, Qətər və Pakistanla münasibətlərinin yaxşılaşmasına çalışır. Belə problemlər səbəbindən danışıqlar mümkün olsa da, kövrəkdir. Hərbi eskalasiyalar diplomatik irəliləyişləri pozur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO