Pakistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Pakistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Pakistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

615554

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media həmin məktubun mətnini təqdim edir:

"Pakistan İslam Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və qardaş xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
 

Pakistan və Azərbaycan ortaq dini etiqadımız, zəngin mədəni irsimiz və ümumi dəyərlərimizdən güc alan dərin qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. İllər ərzində ikitərəfli əlaqələrimiz qarşılıqlı etimad, anlaşma və bir-birimizin əsas milli maraqlarına dair məsələlərdə qətiyyətli dəstəyə əsaslanan möhkəm və davamlı tərəfdaşlığa yüksəlmişdir.


Pakistan xalqı Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi mühüm sosial-iqtisadi tərəqqi və rifaha ürəkdən sevinir. Qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə, xüsusən ikitərəfli ticarət, enerji bağlantıları, müdafiə və insanlararası əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə və şaxələndirməyə qətiyyətlə sadiqik.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO