"Bakıda özümü yad ölkədə hiss etmirəm" - Məryəm Nəvaz Şərif

"Bakıda özümü yad ölkədə hiss etmirəm" - Məryəm Nəvaz Şərif

Hazırda oxunan: "Bakıda özümü yad ölkədə hiss etmirəm" - Məryəm Nəvaz Şərif

613964

Prezidenti İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşması, Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni həqiqətən müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.

Bizim.Media xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışında deyib.
 

"Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya - tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim. Qeyd etmək istərdim ki, hazırda 130 milyondan artıq əhalisi olan Pəncab çətin trancformasiya yolu keçir. Mən atam, Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin və hazırda vəzifədə olan Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını gətirmişəm", - M. Şərif bildirib.


Onun sözlərinə görə, Bakı öz müasir urbanistik quruluşu ilə qlobal qarşılıqlı əlaqəni nümayiş etdirir:

"Şəhərin zəngin tarixi irsi sivilizasiyalar arasındakı bağları, qədim ticarət marşrutlarını, eləcə də Azərbaycanla Pakistan arasında əsrlər boyu davam edən münasibətləri özündə əks etdirir. Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə isti və səmimi qonaqpərvərliyə, mükəmməl təşkilatçılığa görə dərin təşəkkürümü ifadə edirəm. Çox sağ olun. Bizi İlham Əliyevin çıxışı, onun davamlı və dayanıqlı şəhərlərlə bağlı baxışları, Bakını və bütövlükdə Azərbaycanı müasir infrastrukturlarla təchiz olunmuş məkanlara çevirmək istiqamətindəki transformasiya planları böyük ilham verdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO