Murat Kurum: “COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcəyik” – VİDEO

Murat Kurum: “COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcəyik” – VİDEO

Hazırda oxunan: Murat Kurum: “COP31-də Azərbaycanın təcrübəsindən istifadə edəcəyik” – VİDEO

613955

“Bildiyiniz kimi, COP29-a Azərbaycan sədrlik etdi və Azərbaycan dövlət strukturları bu tədbiri çox uğurlu şəkildə təşkil etdilər. Burada həm cənab Prezident İlham Əliyevin ortaya qoyduğu iradə, həm də COP29-un prezidenti Muxtar Babayev qardaşımızın fəaliyyəti, onun komandasının əməyi həqiqətən də çox uğurlu oldu”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum “WUF13” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Biz də Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın və dostlarımızın bu təcrübəsindən istifadə edəcəyik.
 

Bakıda qəbul edilmiş qərarları və Bakı-Belen Yol Xəritəsində müəyyən olunan hədəfləri COP31-də nəzərə alacağıq. Amma istəyirik ki, COP31 artıq fəaliyyət yönümlü olsun.


Bu, icraat COP-u olsun. Dünyadakı bu mənfi gedişata “dur” deyəcəyimiz bir COP olsun. Çünki biz daim deyirik ki, əgər düzgün seçim etməsək, yaşadığımız fəlakətlər bizi də fəlakət qurbanına çevirəcək. Biz də bu fəlakətlərin içində itib gedəcəyik”, - deyə nazir əlavə edib.


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO