Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

Hazırda oxunan: Slovakiya parlamentinin sədri Qarabağa gedəcək

612899

"Slovakiya parlamentinin sədri Raşi Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza da gedəcək. Bu, artıq Raşinin Qarabağa ikinci səfəri olacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Digər tərəfdən, Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Bilirsiniz ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq", - deyə spiker vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO