İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

Hazırda oxunan: İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

609291

Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb", - İlham Əliyev deyib.

Dövlət başçısı xatırladıb ki, keçən il iki mühüm hadisə baş verib:

"Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilib. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılıb. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO