Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO

Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO

Hazırda oxunan: Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO
606293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sülh Körpüsü Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa qarşılıqlı əlaqəni təşviq etməyə davam edir. 

Bizim.Media xəbər verir ki, bu dəfə Ermənistan nümayəndə heyəti quru sərhədi vasitəsilə Azərbaycana gəlib. 

Onlar sərhədin delimitasiya olunmuş və demarkasiya olunmuş hissəni keçib və bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarını tamamlayıblar.

Qeyd edək ki, 2026-cı il aprelin 10-dan 12-dək Sülh Körpüsü Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə növbəti ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
 

Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli zirvə görüşündə qəbul edilmiş razılaşdırılmış ikitərəfli sülh gündəliyi çərçivəsində baş tutur.


Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, Sülh Körpüsü Təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyəti və nailiyyətləri, eləcə də regiondakı vəziyyətin müzakirələri daxildir. Ayrı-ayrı sessiyalar ictimai səviyyədə sülhün təşviqinə və sülh prosesinin növbəti mərhələlərində etimadın yaradılmasına həsr olunacaq.



Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 1
Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 2
Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 3
Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 4
Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 5
Ermənistan nümayəndələri Azərbaycana gəldi – FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO