Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO

Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO

Hazırda oxunan: Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO
587500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Əziz idmançılar. Əziz dostlar.

Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil. Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb.

 

Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.


Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar.

Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır.

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər.

İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.
Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır.
 

Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.


Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir.

Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir.

Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir.

Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, biz artıq bu sahədə də öz fəaliyyətimizi göstəririk. Yenə də turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.
 

Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər.


Sonra təbii ki, aşağı düşdü. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.

Onu da deməliyəm ki, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir.

Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır.

Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim.

Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir.
 

Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq.


Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb.

Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.

Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.
 

Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir.


Mən sizi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.

x x x

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Mövlud Mirəliyevə, Ələkbər İmaməliyevə, Zöhrab Gözəlbəyliyə və İlahə Qədimovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi.

Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elmira Aslanova, Vəfa Musayeva, Nurəddin Rəcəbov, Eduard Məmmədov, Azər Məhərrəmov, Yaqub Abdullayev, Cahangir Ağarəhimov, Fikrət Hüseynov, Cahangir Bayramov və Coşqun Əliyev “Tərəqqi” medalları ilə təltif olundular.

Dövlət başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət edib.





Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 1
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 2
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 3
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 4
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 5
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 6
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 7
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 8
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 9
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 10
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 11
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 12
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 13
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 14
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 15
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 16
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 17
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 18
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 19
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 20
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 21
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 22
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 23
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 24
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 25
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 26
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 27
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 28
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 29
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 30
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 31
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 32
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 33
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 34
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 35
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 36
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 37
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 38
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 39
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 40
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 41
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 42
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 43
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 44
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 45
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 46
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 47
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 48
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 49
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 50
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 51
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 52
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 53
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 54
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 55
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 56
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 57
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 58
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 59
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 60
Prezident ilin idman yekunlarına həsr olunan MƏRASİMDƏ - FOTO/VİDEO - foto 61

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO