Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladı

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladı

Hazırda oxunan: Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışladı
586229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar yola düşüb və Ermənistana doğru hərəkət edir.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Baş nazir bunu alqışladığını qeyd edib.

“Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO