Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO

Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO
584639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanıb, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurub. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirib.

Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilib.

Builki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksəksəviyyədə təbliğinə daha bir töhfə verib.



Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 1
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 2
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 3
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 4
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 5
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 6
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 7
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 8
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 9
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 10
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 11
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 12
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 13
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 14
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 15
Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub – FOTO/VİDEO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO