Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devis Harrisin Azərbaycanla bağlı PAYLAŞIMI – Arye Qutdan ŞƏRH 

Hazırda oxunan: Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devis Harrisin Azərbaycanla bağlı PAYLAŞIMI – Arye Qutdan ŞƏRH 

57361

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris özünün tviter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb. Devid Harris öz paylaşımında Azərbaycana çoxsaylı səfərlərini xatırladaraq deyib ki, “Odlar Yurdu” bir çox cəhətdən gözəldir.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru vurğulayıb ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycan bütün dünya üçün qlobal əhəmiyyət kəsb edir.

Bizim.Media xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut nüfuzlu “The Jewish Press” Amerika-İsrail media platformasına bununla bağlı müsahibə verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanın İsraildə səfirliyi açılacaq – Arye Qutdan ÖZƏL FAKTLAR


Yazının əsas məğzi İsrail-Azərbaycan dostluğu, yəhudi-azərbaycanlı qardaşlığı haqqındadır. Belə ki, yəhudilərin bu ərazilərdə artıq 2500 ildir yaşamalarına baxmayaraq, onlar heç vaxt antisemitizmlə qarşılaşmayıblar. Devis Harris bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı yəhudilərlə uzun illər boyu görüşüb:

“Onların hər birinin xarakterində ümumi cəhət Azərbaycana bağlılıq, səmimi sevgi və vətənpərvərlik olub. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə yəhudilər bir ailə kimi mehriban şəraitdə yaşayırlar. İki ölkə arasında münasibətlər hərtərəfli, dərin, strateji tərəfdaşlıq xarakteri daşıyır.

Azərbaycan strateji əhəmiyyət, coğrafi yerləşmə, enerji ehtiyatlarının zənginliyi, ABŞ ilə münasibətlər, İsrail ilə əməkdaşlıq, dini dözümlülük və yəhudi xalqına hörmət baxımından böyük əhəmiyyət kəsb edir”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut qeyd edib ki, Azərbaycan bu gün sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsidir. Yazıda II Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə və ümumən Cənubi Qafqazdakı erməni vəhişiliklərinə də yer verilib. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO