Milli Şura müxalifətin digər qurumları ilə deyil, müstəqil şəkildə aksiyalar keçirməlidir.
Bunu Moderator.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Onun sözlərinə görə, AXCP artıq bir müddət öncə icazəli kütləvi aksiyaların keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu məsələ Milli Şuranın Koordinasiya Mərkəzi, o cümlədən yerli təşkilatlarında müzakirə olunur:
“Aksiyalar mütləq keçriləcək, ancaq onun keçirilmə vaxtı ilə bağlı fikir ayrılığı var və bu da müzakirə olunur.”
Müxalifətin birgə aksiyasına gəldikdə isə N. Məmmədli bildirdi ki, belə bir təklif olunarsa baxıla bilər:
“Amma mən hesab edirəm ki, Milli Şura cəmiyyətdə özünü töəsdiq edən bir qurum olduğundan müstəqil qaydada fəaliyyətini davam etdirməli və ayrıca aksiyalar keçriməlidir. Mən digər müxalif birliklərlə birgə aksiyalar keçirilməsini o qədər də məqbul saymıram.”





































































































