“Laçın dəhlizində təcili Azərbaycan postu qurulmalıdır, yoxsa...” – Politoloqdan SOS

“Laçın dəhlizində təcili Azərbaycan postu qurulmalıdır, yoxsa...” – Politoloqdan SOS

Hazırda oxunan: “Laçın dəhlizində təcili Azərbaycan postu qurulmalıdır, yoxsa...” – Politoloqdan SOS

51595

“Rusiya  hərbi karvanı "Laçın" dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə "Humanitar" yardım gətirib. Rusiya belə "humanitar" yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımlar ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə özünün “Facebook” səhifəsində paylaşıb.

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizi Azərbaycanın nəzarəti altına verilə bilər – SON SÖZ bu tarixdə deyiləcək

Politoloq bildirib ki, Rusiyanın Qarabağa humanitar yardım, yoxsa silah-sursat daşıdığını Azərbaycan bilmir:

“Çünki Qarabağda silahlı erməni dəstələri 15 minə yaxındır və onların silah təcihizatı "Laçın" dəhlizindən həyata keçirilir. 10 noyabr Birgə Bəyannaməsinə  görə silahlı erməni birləşmələri bu əraziləri tərk etməlidir. Amma Rusiya tərəfi öhdəliklərə əməl etmir. Hətta oradakı qanunsuz silahlı dəstələrin təchizatını "humanitar" yük adı ilə həyata keçirir. Ümumiyyətlə, Rusiya tərəfi Qarabağdakı etnik ermənilərə humanitar yardım, hər hansı bir işlər həyata keçirməməlidir. Onların missiyası sülhün və təhlükəsizliyin təmininə yönəlməlidir”. 

Məhəmməd Əsədullazadə qeyd edib ki, Laçın koridorunda Azərbaycan postları qurulmayana qədər ermənilərin əl-qolunu yığmaq mümkün olmayacaq: 

“Məhz Prezident İlham Əliyevin Brüsseldə “Laçın dəhlizində post qoyulmalıdır” mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi. Bu, Rusiyanın artıq Qarabağda silahlı erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır. Qeyd edim ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin ərazi bütövlüyünə hörmət və tanınması istiqamətində verdiyi bəyanat Azərbaycanın maraqlarına tam cavab verir. Bundan əlavə, Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. 

Gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısnı almaq üçün Azərbaycan Laçın dəhlizində post qoymalıdır.
Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Moskva hazırkı silahlı erməni birləşmələrindən Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən Laçın dəhlizində post qoymalıdır. “Ya silahlı erməni birləşmələri çıxarılmalı, ya da post qoyulmalıdır” tələbi Moskva qarşısında qaldırılmalıdır”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO