“Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi”

“Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi”

Hazırda oxunan: “Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi”

49605

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Çünki, həmin müşavirədə Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi”.

 Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputatın sözlərinə görə, əslində Prezident İlham Əliyevin diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, İrəvan xanlığının tarixinin təbliğ edilməsi, Azərbaycanın beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündəki tapşırıqları “hücum diplomatiyası”nın növbəti mərhələsi oldu.

Sədaqət Vəliyeva eyni zamanda, vurğulayıb ki, Prezident İlham Əliyevin diplomatlarımıza verdiyi tapşırıqların aydınlığı və konkretliyi dövlətimizin başçısının AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışlarının məntiqi davamı idi.

Milli Məclisin deputatı xüsusilə vurğulayıb ki, hazırda regionda və qlobal miqyasda davam edən proseslər, Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Şərqi Avropada baş verən olaylar prizmasında Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün apardığı siyasi kursu və atdığı diplomatik addımları daha da şaxələndirmək baxımından böyük əhəmiyyət kəsb edir: “Bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ya diplomatik, ya da müharibə yolu ilə olmalıdır. Lakin Azərbaycan sülhpərvər siyasət yürütdüyən hələlik hərb variantını ikinci vasitə kimi əlində saxlayır. Bu baxımdan da, Prezident İlham Əliyevin rəhbərliyilə Ermənistanın Dağlıq Qarabağa olan iddialarını və bu konteksdə apardıqları təhrif dolu kampaniyanı iflasa uğratmaq üçün diplomatik fəallığımızı daha da artırmalıyıq. Əgər Dağlıq Qarabağ münaqişəsini ərazi bütövlüyümüz çərçivəsində həll etmək istəyiriksə, o zaman, həm dünya ictimaiyyətinin düşüncəsini erməni yalanlarından xilas etməliyik, həm də beynəlxalq hüquq və normalarla mövqeyimizi əsaslandırmalıyıq. Prezident İlham Əliyevin AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışları bir daha göstərdi ki, biz daha da irəli getməli və ermənilərin iddialarını yalanları ilə birgə məhv etməliyik. Ona görə də, Prezident İlham Əliyevin diplomatlara verdiyi bir nömrəli tapşırıqlar ölkəmizin perspektiv xarici siyasət kursu üçün strateji xarakter daşıyır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO