“Rəsul Quliyev Azəbycanda kütləvi iğtişaşların törədilməsini çox arzulaya bilər və bu təbii bir istəkdir”.
Bu
barədə Moderator.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BXCP) sədr müavini Niyaməddin Orduxanlı Rəsul
Quliyevin Ukraynadakı Maydan olaylarının Azərbaycanda da təkrarlananacağı ilə
bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə bu gün
Azərbaycan xalqı mövcud vəziyyəti qiymətləndirməyə qadirdir:
“Rəsul Quliyevin özü də bu gün Azərbaycan
cəmiyyəti ölkədə xaos və qarşıdurmanın kimə və kimlərə xeyir gətirəcəyini yaxşı
bilir. Qətiyyən bu gün xalqın belə bir istəyi yoxdur. Bu adamlar sadə vətəndaşların
qanı bahasına hakimiyyətə gəlmək istəyindədirlər və buna görə də xalq iyirmi ildən
artıqdır ki, bu kimi siyasi qüvvələrə əhəmiyyət
vermir. Azərbaycanda da belə bir hadisəni gözləmək absurd və cəfəng olardı. İnsan yaşının ahıl çağına da gəlib
çatib , ancaq yenə də hakmiyyət həvəsi ilə alışıb yanır. Belə adam haqqında
bundan artıq nə deyəsən?”


































































































