Etibar Məmmədovun susmasının sirri...

Etibar Məmmədovun susmasının sirri...

Hazırda oxunan: Etibar Məmmədovun susmasının sirri...

37413

Oktyabrın 9-da keçiilən prezident seçkilərindən sonra Milli İstiqlal Partiyası rəhbərliyinin digər müxalif təşkilatlardan fərqli olaraq “ağzına su alıb” gözləmə mövqeyi sərgiləməsinin səbəbləri barədə Moderator.az-a adının çəkilməsini istəməyən bir məhşur siyasətçi-analitik tərəfindən maraqlı informasiya daxil olub. Sən demə, bu susqunluğun mükafatı qarşıdan gələn parlament seçkilərində müxalifətdaxili intriqları qızışdırmaq üçün AMİP-ə iki mandat veriləcəyi barədə sövdələşməymiş. Mənbə informasiyanı əsaslandırmağa çalışarkən iddia edir ki, bunun başqa izahı yoxdur və Etibar Məmmədovun birdən-birə bu qədər kənara çəkilməsinə başqa cür izah vermək normal məntiqə sığmır.

Təbii ki, bu informasiyanın yüzdəyüz həqiqət olduğunu da iddia etmək yersiz olardı. Çünki parlament seçkilərinə hələ iki ilə yaxın müddət var və eyni zamanda o vaxtadək ölkədəki situasiyanın, eləcə də siyasi səhnədəki oyunçuların yerinin və mövqelərinin dəyişəcəyi də mümkündür. Amma mənbə iddia edir ki, növbəti parlament seçkilərində AMİP-ə yer veriləcəyinə əmindir və bu barədə detallarını açıqlamaq istəmədiyi məlumatları var.  

Redaksiyadan: Təbii ki, bu informasiyaya münasibət öyrənmək üçün adıçəkilən partiyaya müraciət etməyə lüzum yoxdur, çünki bu cür informasiyalara adətən birmənalı təkzib cavabları verilir, hətta bu həqiqət olsa belə. Ona görə də informasiyanı test etmək üçün iki il gözləmək lazım gələcək...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO