İlham Əliyev:

İlham Əliyev: "Biz mütləq o torpaqlara qayıdacağıq"

Hazırda oxunan: İlham Əliyev: "Biz mütləq o torpaqlara qayıdacağıq"

32979


Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Moderator.az-ın məlumatına görə, bunu avqustun 29-da Ağcabədidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı əmin olduğunu bildirib ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaq.
 
“Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcək”, - deyə prezident vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO