Bu gün ACP-nin
qərargahında Milli Şuranın Mitinq Komitəsinin mətbuat konfransı keçirilib.Mitinq
Komitəsinin rəhbəri Asəf Quliyev bir həftə ərzində mitinqə görülən hazırlıq
işləri haqqında məlumat verib. O qeyd edib ki, mitinqə üç istiqamətdə təbliğat
aparılıb. Bunlardan birincisi, mitinqə sosial şəbəkələr vasitəsilə 60 min
nəfərə dəvət edilib. KİV vasitəsilə və Milli Şura üzvlərinin xalqla təması
yaradılıb. Mitinqə hazırlıq tam yüksək səviyyədədir.
Asəf
Quliyev bildirib ki onlar BŞPİ-nin İdarəsinin rəisi Səhlab Bağırov, Bakı Şəhər
Prokurorluğunun müavini Fazil Həsənəliyevlə görüşüblər: "Görüş zamanı bizə
dedilər ki, biz mitinqin təhlükəsizliyini müdafiə edəcəyik. Qalan məsələlər isə
bizim səlahiyyətimizdə deyil. Gələcəkdə isə Dərnəgül dairəsində mitinqlərin
keçirilməsinə şərait yaradıla bilər. Camaat rahat şəkildə meydana buraxılacaq.
Bu il razılaşdırılıb ki, 10 yaşından yuxarı uşaqlar mitinqə girə biləcək. 10
yaşından aşağılar isə jurnalistlər üçün tikilən binanın parkında olacaq".
Quliyev marşrutların qrafikinin azaldılmasına da
münasibət bildirib:
Əgər marşrutlar işləməsinə maneə yaradılsa, 28
May metrosundan Sahil metrosu da daxil olmaqla camaat rahat şəkildə yürüş edə
biləcək. Səfirliklərlə əlaqə saxlanılıb ki, həmin ərazilərdə camaatın mitinqə
gəlməsini təmin etsinlər".
***
Asəf Quliyev qeyd edib ki, İbrahim İbrahimli
mitinqi aparacaq: "Çıxış edənlərin sayı 10 nəfərdir. Onlardan ikisi
gəncdir".
***
Mitinq komitəsinin rəhbəri bildirib ki, son iki
gündə paytaxtda adamların saxlanılması prosesinə başlayıblar: "Ümumilikdə
isə 11 nəfər saxlanılıb. Milli Şura mitinqə 20 min adam çıxartmağı düşünür.
Amma iştirak etmək istəyənlərin çoxluğunu nəzərə alaraq ola bilsin ki, daha çox
adam mitinqdə iştirak etsin"

































































































