Ədalət Partiyasının sədr  müavini Putinin səfərini şərh etdi

Ədalət Partiyasının sədr müavini Putinin səfərini şərh etdi

Hazırda oxunan: Ədalət Partiyasının sədr müavini Putinin səfərini şərh etdi

32141

 

Ədalət Partiyasının sədr müavini Heydər Oğuz öz facebook profilində Putinin Azərbaycana səfərilə bağlı maraqlı status paylaşıb. İctimai əhəmiyyətini nəzərə alaraq həmin statusu olduğu kimi dərc edirik:

 "Putinin Azərbaycandan əliboş qayıtması haqda ictimai rəyə sızdırılan məlumatlar dezinformasiyaya bənzəyir. JHAM-ın direktoru Cəsur Sümərinlinin bildirdiyinə görə keçirilən görüşlərdə Azərbaycan Rusiyadan ən azı 4 milyard dollarlıq silah almaq öhdəliyi götürüb. Bu rəqəm heç də kiçik vəsait deyil. Xatırladaq ki, Qəddafi devrildikdən sonra ləğv  olunan müqavilələr nəticəsində Rusiyanın itirdiyi məbləğ də elə 4 milyard dollar idi. Hətta Rusiya hərbi sənayesi üçün ləğv olunan həmin müqavilə o qədər əhəmiyyətli idi ki, onun bağlanması naminə rəsmi Moskva Liviyanın ödəyə bilmədiyi 4.5 milyard dollarlıq borcunu silmişdi. Yaxud 2005-2010 illər arasında Rusiyanın Suriyaya satdığı silah miqdarına baxanda məbləğ 2.5-3 milyard dollar həcmindəydi. Tək 2011-ci ildə Suriyaya satılan silahın 1 milyard dollar məbləğinə yüksəldilməsi Rusiya üçün böyük zəfər sayılırdı. “Rosoboroneksport”un 2012-ci ildə ümumi ixracı 15,2 milyard dollar səviyyəsinə yüksəlmişdir ki, bu göstərici indiyə qədər Rusiyanın bir ildə silah satışından əldə etdiyi rekord məbləğ idi. Azərbaycanın Putinə qarşısında götürdüyü öhdəlik Rusiyanın ümumi silah ixracatındakı məlum rekord məbləğin 4/1 həcmindən belə çoxdur. Qeyd edək ki, bu ilin ilk beş ayında Rusiya dünya dövlətlərinə yalnız 6.5 milyard dollarlıq silah sata bilib. “Rosoboroneksport”un ən böyük hədəfi isə məbləği 15 milyard dollara çıxartmaqdır. Yəni hardasa bu hədəfin yarısı qədər al-veri Putin Azərbaycana səfəriylə həll etmiş kimi görünür.

 Nəzərə alanda ki, Rusiya iqtisadiyyatı dünyaya satdığı enerji resursları və silah ticarəti ilə ayaqda dayanır və silah satışı həm də onun satıldığı bölgəyə nəzarət imkanı deməkdir, onda Putin qarşısında götürülən bu öhdəliyin nə dərəcədə əhəmiyyət daşıdığını anlaya bilərik. O da unudulmamalıdır ki, Yaxın Şərqdə yaşanan ərəb baharından sonra bundan mənfi şəkildə təsirlənən tərəflərin başında Rusiya hərbi sənayesi gəlirdi. “Rosoboroneksport”un sədr müavini Viktor Komordinin məsələylə bağlı dediyi aşağıdakı sözlər də bunu bariz şəkildə sübut edir: "Mərkəzi Avropanı itirdik, Şimali Afrika da əldən çıxmaq üzrədir. Çini də itiririk, İranı isə itirmiş sayılırıq. Bunlar böyük itkilərdir. Ancaq ixracatımız artmaqdadır."

 Bunlar hələ indiyə qədər açıqlanan nəticələrdir. Bir də məsələlərin digər pərdəarxası tərəfləri də var ki, zamanla bunlar da ortaya çıxacaq. Putinin əliboş getdiyinə inanıb bunun üstündə siyasət quranlar öz mülahizələrinə yenidən nəzər salsalar yaxşıdır." 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO