Əli Həsənov  müxalifəti qınadı:

Əli Həsənov müxalifəti qınadı: "Görün, onlar haradan dəstək axtarırlar?"

Hazırda oxunan: Əli Həsənov müxalifəti qınadı: "Görün, onlar haradan dəstək axtarırlar?"

30598
“Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sözün həqiqi mənasında milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub”.

Moderator.az

APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc alimlərin ümumi yığıncağında deyib.

Ə. Həsənov İlham Əliyevə opponentlik edənlər barədə də danışıb: “İlham Əliyevə qarşı opponentlik edən insanlara baxın. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir, “Mələ mən dəstəklənmək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım Azərbaycan ötüşər, seçici ötüşər. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığını alım, gəlim, prezident olum”. Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?”

PA rəsmisi deyib ki, Azərbaycan prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq: “Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər, elə onun kampaniyasıdır. Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüuru hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO