Quşların qəribə xüsusiyyəti müəyyənləşib. Belə ki, dişi quşlar yumurta qoymaq üçün onlara ayrılan müddətin fərqindədirlər.
Yəni “bu qış ana olmasam, sonra gec olacaq”. Yazda qışlama yerlərindən qayıdan bəzi quşlar çoxalma üçün onlara ayrılan dar vaxtı dəyərləndirmək üçün riskə gedirlər və qısa yolları seçirlər.
Bizim.Media xəbər verir ki, bu barədə quşların davranışını öyrənən beynəlxalq tədqiqat qrupunun üzvü olan Lomonosov adına Moskva Dövlət Universiteti açıqlama yayıb.
"Beynəlxalq tədqiqatımız göstərdi ki, çoxalma mövsümünə vaxtında çatmaq üçün ən ucqar şərq populyasiyalarından (Ural və Qərbi Sibir) olan quşlar risk etmək məcburiyyətində qalırlar. Onlar kəskin qısa yol seçir və meşə quşu üçün hər hansı bir dayanmanın ölümcül təhlükəli olduğu Sahara səhrasından birbaşa uçurlar.
“Bu yaxınlara qədər belə bir tədqiqat ağlasığmaz olardı", - deyə Moskva Dövlət Universitetinin Quru Onurğalıları Ekologiyası Laboratoriyasının aparıcı tədqiqatçısı Ənvər Kərimov qeyd edib. - “Halbuki qışlamaq üçün gedəndə bu marşrut 12.700 km məsafəni əhatə edir. Onlar geri qayıdarkən daha qısa bir yol tutaraq 4.500 km məsafə qət edirlər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:56 / 11.07.2026
Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası
Hazırda oxunan: Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası
Hazırda oxunan: Niyə quşlar bala verməyə tələsirlər? – Təbiətin qəribə harmoniyası
624672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































