Xəstəliyin özündən çox yaratdığı TƏHLÜKƏ BÖYÜKDÜR - Hər 3 adamdan biri əziyyət çəkir

Xəstəliyin özündən çox yaratdığı TƏHLÜKƏ BÖYÜKDÜR - Hər 3 adamdan biri əziyyət çəkir

Hazırda oxunan: Xəstəliyin özündən çox yaratdığı TƏHLÜKƏ BÖYÜKDÜR - Hər 3 adamdan biri əziyyət çəkir

624492

Qəfil başlayan nəfəs darlığı, sinədə sıxılma, sürətlə döyünən ürək və qarşısıalınmaz ölüm qorxusu... Bəlkə də çoxları ilk dəfə bunu yaşayanda həyatının sonu gəldiyini düşünüb. Amma son yox, ilkdir – xroniki qorxunun ilki. Panik atak/hücumlar xəstəlik sayılır, amma bu əslində psixoloji vəziyyətdir: nə vaxtsa yaanmış dərin sarsıntının, itkinin, ənsədə hiss etdiyin ölüm mələyinin təkrar gəldiyini dərk edəndə travma oyanır, o hadisələrin yenidən yaşanması qorxusu insanı sözün həqiqi mənasında insanlıqdan çıxarır.

Bəziləri bu halı fəsil dəyişiklikliyi ilə əlaqələndirir. İlk baxışdan normal görünür: insanın idrakının bulanmaması üçün yaxşıdır. Amma mütəxəssislər deyirlər ki, problemindən, fiziki-mənəvi durumundan xəbərdar olmayan pasiyent sağala bilməz.

Üstəlik getdikcə artan, cavanlaşan xəstəlikdən araşdırsan, hər üç nəfərdən biri əziyyət çəkir.

Psixiatr Ruslan İsayevin sözlərinə görə, panik atakların yaranmasına səbəb bioloji, psixoloji və ətraf mühit amilləri birlikdə rol oynamasıdır. Lakin panik atakla panik narahatlıq arasındakı fərqi bilmək vacibdir.
 

“Panik narahatlıq hər insanda baş verə bilər. Ən sağlam psixologiyası olan, təmkinli adamlar da ağır stress keçirə, həddindən artıq emosional yüklənməyə məruz qala bilər. Panik ataq isə əlamətlərin, tutmaların təkrarlanmasıdır. İnsan  daim qorxu içində yaşayır ki, o əlamətləri bir də yaşamasın. Yəni bu, hər dəfə ölümü dadmaq kimi bir şeydir. Belə insanlar toplu məkanlardan, başqa ölkələrə səfərlərdən, ictimai nəqliyyatdan, tədbirlərdən qaçır və həyatlarını məhdudlaşdırmağa başlayırlar”.


Başqa sözlə, əsas problem hücumların özləri deyil, onların təkrarlanması qorxusudur. Belə bir vəziyyətdə mütəxəssislə məsləhətləşmək zəruridir. Səbəblərdən asılı olaraq, psixoterapiya, dərman müalicəsi və ya hər ikisinin kombinasiyası istifadə edilə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO