Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

Hazırda oxunan: Dənizdə rekord həcmdə qızıl ehtiyatı aşkarlandı

624609

Yaponiya alimləri ölkə sahilləri yaxınlığında yerləşən sualtı vulkanik bölgədə indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyalarından birini aşkarlayıblar. Tədqiqat müəllifləri bu kəşfin gələcəkdə həm iqtisadi imkanlar yarada, həm də dərin dəniz ekosistemlərinin qorunması ilə bağlı müzakirələri gücləndirə biləcəyini bildirirlər.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.

Məlumata görə, Tokio şəhərindən təxminən 350 kilometr cənubda, İzu adaları yaxınlığında yerləşən Hiqaşi-Aoqaşima kalderasında yüksək qızıl tərkibli mineral yataqları müəyyən edilib.
 

Şizuoka, Vaseda və Tokio universitetlərinin tədqiqatçıları ilk dəfə 2015-ci ildə aşkarlanan hidrotermal sahələrdən xüsusi robot sistemləri vasitəsilə qaya nümunələri toplayıblar. Daha sonra müasir laboratoriya analizləri nəticəsində adi gözlə görünməyən qızıl hissəcikləri müəyyən edilib.


Tədqiqat göstərib ki, qızıl atom və nanohissəciklər şəklində pirit mineralının daxilində yerləşir. Elmi qrupun qənaətinə görə, bu yataqlardakı pirit nümunələri hazırda dünyada məlum olan ən zəngin qızıl konsentrasiyalarından birinə malikdir.

Mütəxəssislər hesab edirlər ki, yatağın digər oxşar dənizaltı ehtiyatlarla müqayisədə daha dayaz ərazidə yerləşməsi gələcəkdə onun sənaye üsulu ilə istismarını texniki və iqtisadi baxımdan daha əlverişli edə bilər.

Hazırda dünyada kommersiya məqsədilə fəaliyyət göstərən dərin dəniz qızıl mədənləri olmasa da, Yaponiya bu istiqamətdə elmi araşdırmalarını davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO