“Bakı Təşəbbüs Qrupunun dekolonizasiya mövzusunda təşkil etdiyi beynəlxalq platformalar qlobal dialoqun genişlənməsinə və müstəmləkəçiliyin nəticələrinin beynəlxalq gündəmdə saxlanılmasına mühüm töhfə verir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri seneqallı jurnalist Barka Ba “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO
Çıxışının əvvəlində seneqallı media nümayəndəsi Bakı Təşəbbüs Qrupuna səmimi qəbula və dekolonizasiya mövzusunda dünyanın müxtəlif ölkələrindən ekspertləri və media nümayəndələrini bir araya gətirdiyinə görə təşəkkürünü ifadə edib.
Barka Ba qeyd edib ki, beynəlxalq mediada Afrika haqqında formalaşdırılan mənfi təsəvvür təkcə imic məsələsi deyil, həm də iqtisadi suverenlik və qlobal ədalətlə bağlıdır. Onun sözlərinə görə, media dekolonizasiya prosesinin əsas istiqamətlərindən biridir və xalqların öz narrativlərini formalaşdırması bu prosesdə böyük əhəmiyyət daşıyır.
Seneqallı jurnalist vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi bu kimi beynəlxalq platformalar müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsinin daha geniş auditoriyaya çatdırılmasına və ədalətli informasiya mühitinin formalaşmasına töhfə verir.


Bizim.Media



































































































