Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO

Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO

Hazırda oxunan: Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO
624645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.

Bizim.Media həmin şeiri təqdim edir:

Hər şey bir andaca dəyişə bilir,
İlahi, kömək ol, mən tələsməyim.

Bu həyat sanki bir yuxu kimidir,
Elə et, bu ömrə vurula bilim.

Elə et, sevinci, kədəri sevim,
Küləyin sığalın hiss edə bilim.

Göz yaşı acısın, oyanış dadın
Duyum, boş sözlərə vaxt itirməyim.

Qorxunu, şübhəni qəlbimdən silib,
Sonsuz sevmək üçün Sən cəsarət ver.

Bu ömrü qəfildən bitəcək bilib,
Nə olar, tələsmə… bir az fürsət ver.

Bilirəm, hər zaman sən yanımdasan,
Yalan tanımayan o gözlərinlə.

Cəhənnəm sandığım sonsuz boşluqdan,
Bir lal ruh gizlicə hayqırar, inlər.

Bilirəm, nə dünən, nə də sabah var,
Gəl məni zamanın əlindən qurtar.

Şeiri mən yazım, müəllif Sən ol,
Göstər, insan kimdir, nələr yaradar!

Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO - foto 1
Leyla Əliyeva yeni şeirini paylaşdı – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO