20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

Hazırda oxunan: 20 qəpiyə necə maşın almaq olar? – Çoxları cibində sərvət gəzdirir

624598

Qiymətli sikkələr dedikdə ağla ilk gələn şey Çar dövrü monetləri, ilk Sovet qəpikləri, nadir imperiya qızılları yada düşür. Lakin müasir rus numizmatikasının öz sirləri var və bəziləri ən gözlənilməz yerlərdə gizlənir. Bunlardan kimdə varsa, sərvət üstə yatır, xəbəri yoxdur.

Bizim.Media xəbər verir ki, söhbət 2000-ci illərin əvvəllərində Rusiyada kəsilmiş monetlərdən gedir.
 

Sirr metalda və ya buraxılış ilində deyil. Müasir sikkələrin əsas dəyəri onların möhür variasiyalarındadır. Bu, eyni nominalda, eyni ildə və eyni zərbxanadan fərqli dizaynların tapılmasıdır. Fərqlər incə ola bilər: məsələn, bir az dəyişdirilmiş dizayn elementi.


Bu cür nümunələr üçün ixtisaslaşmış kataloqlar mövcuddur. Yuri Kulvelisin, Aleksandr Staşkinin nəşrləri və Eskande tərəfindən dərc edilən kataloqlar kolleksiyaçılar arasında xüsusilə nüfuzlu hesab olunur. Onlar həqiqətən dəyərli bir nümunəni əldən verməməyə kömək edir.

Misal olaraq, Moskva Zərbxanasında zərb edilmiş 2003-cü ildən 5 qəpiklik sikkəni götürək. Onu üzərində təsvir edilmiş atın dırnaqlarının altındakı "M" hərfindən asanlıqla tanımaq olar. Amma bu o qədər də sadə deyil.
 

Məlum olur ki, bu sikkənin hər birinin öz tarixi və dəyəri olan üç fərqli qəlibi var."M" hərfi standart, bərabər şəkildə yerləşdirilibsə, hər yerdə rast gəlinən ümumi bir nümunədir. "M" hərfi saat əqrəbinin əksinə dövrədə yerləşibsə, unikal, yalnız bir neçə nümunə mövcuddur.


Bundan başqa möhürlər də rol oynayır. A möhürlü qəpiklər standartdır, B isə dəyərlidir. Bir neçə il əvvəl B möhürü olan 5 qəpiklik təxminən 2000 AZN-ə satılmışdı. İndi daha qiymətli ola bilər. Yəni 20 qəpiyə normal bir maşın almaq mümkündür. Kolleksiyaçılar bu cür sikkələri əl-əl axtarırlar.

Belə qəpiklərə rast gəlsəniz onu heç bir şəkildə təmizləməyə, cilalamağa çalışmayın. Hər hansı dəyişiklik dəyəri əhəmiyyətli dərəcədə azaldacaq.




Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO