Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

Hazırda oxunan: Pentaqon UNO-ların görüntüsünü yaydı – VİDEO

624620

Pentaqon uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi sənədlər, video və audio materiallar paketini ictimaiyyətə açıqlayıb.

Bizim.Media xəbər verir ki, Pentaqonun mətbuat katibi Şon Parnell verdiyi rəsmi bəyanatda arxivlərin rəsmən açıldığını elan edib:

"Müdafiə Nazirliyi tanınmayan anomal hadisələrə aid məxfi və tarixi sənədlərin dördüncü hissəsini dərc edir. Kolleksiya əvvəlki kimi WAR.GOV/UFO resursunda yerləşdirilib və nazirlik mütəmadi olaraq bura əlavə fayllar yükləməyə davam edəcək".
 

Açıqlanan son paketə ümumilikdə 40 irihəcmli fayl daxildir: Bunlardan 14-ü rəsmi kəşfiyyat sənədi, 19-u videoçarx, 4-ü audioyazı və 3-ü real fotoşəkildir. Bu materiallar təkcə Pentaqon deyil, eyni zamanda NASA, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA), Federal Təhqiqat Bürosu (FTB/FBI) və ABŞ Energetika Nazirliyi tərəfindən təqdim olunub.


Təqdim edilən faylların təxminən yarısı 2010-cu il və ondan sonrakı dövrləri əhatə edir. Videomateriallar arasında hərbi təyyarələrin və gəmilərin xüsusi infraqırmızı kameraları tərəfindən qeydə alınmış kadrlar üstünlük təşkil edir.

Dəniz və hava kəşfiyyatçılarının obyektivinə tuş gələn bu naməlum obyektlərlə qarşılaşmalar Sakit okeanın qərb hissəsi, Atlantik okeanı və Yaxın Şərq regionunun səmalarında qeydə alınıb.

Kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO