Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

Hazırda oxunan: Moninder Sinqh: “Azsaylı xalqların səsi çox vaxt kölgədə qalır” – FOTO

624618

"Media xalqların kimliyinin, tarixinin və hüquqlarının qorunmasında mühüm rol oynayır".

Bizim.Media xəbər verir ki, bunu Kanada Siqh Federasiyasının sədri Bual Moninder Sinqh "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


O bildirib ki, azsaylı xalqlarının səsi beynəlxalq informasiya məkanında çox vaxt kölgədə qalır:

"Yerli media insan hüquqları pozuntularını sənədləşdirən, tarixi yaddaşı qoruyan və diqqətdən kənarda qalan məsələləri gündəmə gətirən mühüm platformadır. Dekolonizasiya xalqların öz tarixini və həqiqətlərini özlərinin danışmaq hüququnun bərpasıdır.

Jurnalistlərə qarşı təhdidlər, onlayn təzyiqlər, dezinformasiya kampaniyaları, xarici müdaxilələr artıq qlobal problemə çevrilib və beynəlxalq əməkdaşlıq tələb edir. Dekolonizasiya ilk növbədə xalqların öz tarixini və həqiqətlərini özlərinin danışmaq hüququnun bərpası deməkdir".





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO