AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

Hazırda oxunan: AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu REALLAŞDIRDI

624674

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.

Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.

Bildirilir ki, ilk reys Bodrum istiqamətində baş tutub və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olunub.

"Müasir dizaynı və yüksək komfortu ilə seçilən "A321neo" daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır", - məlumatda deyilir.

Qeyd edək ki, AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.

Əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir.

Uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir.

Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO