Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

Hazırda oxunan: Baham adalarında TƏYYARƏ QƏZASI – Bütün sərnişinlər həyatını itirdi – VİDEO

624592

Baham adalarında "Flamingo Air" aviaşirkətinə məxsus "Cessna 402" yüngül mühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

Bizim.Media "Tele Patriarche" radiosuna istinadən xəbər verir ki, hadisə arxipelaqın ən böyük adasının Nort-Andros rayonunda baş verib.
 

Təyyarə qəzası nəticəsində göyərtədə olan doqquz nəfər hadisə yerindəcə həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


"Cessna 402" hava gəmisi (qeydiyyat nömrəsi C6-FLX) paytaxt Nassau (Linden Pindlinq Beynəlxalq Hava Limanı) ilə San-Andros hava limanı arasında daxili reys həyata keçirirdi.

Baham adalarının Aviasiya Nazirliyi araşdırma müddətində aviaşirkətə daşımaları həyata keçirməyi qadağan edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO