ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

Hazırda oxunan: ABŞ-ın yeni sanksiyalarına Əraqçidən REAKSİYA - FOTO

624579

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb.

Bizim.Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb.

"Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini pozan ABŞ maliyyə nazirindən (Skott Bessent) fərqli olaraq, İran indiyə qədər sözünün üstündə durur", - Əraqçi deyib və öhdəlikləri pozmaqdıqlarını iddia edib.
 

Əraqçi bildirib ki, sanksiyaların tətbiqi də digər addımlar kimi, ABŞ-nin razılaşmanı pozmasıdır. Onun fikrincə, sənədə hər iki tərəf riayət etməlidir. "Yalnız qarşılıqlı riayət mümkündür", - XİN başçısı İranın da memorandumu poza biləcəyinə eyham vurub.


Xatırladaq ki, İran XİN-in sözçüsü İsmayıl Bəqai daha əvvəl ABŞ-ni eyni səbəbə görə tənqid edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani isə məsələni ən böyük təsisatda qaldırıb.

O ki qaldı ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına, bu, əsasən İran elitasının maliyyələşdirilməsi ilə əlaqəli hesab olunan Əli Ənsari, üç İran şirkəti, Honkonq və BƏƏ-dən olan bir firmalara aiddir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO