Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO

Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO

Hazırda oxunan: Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO
273208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 30-da Konstitusiya Məhkəməsində ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsindən Bizim.Media-ya verilən xəbərə görə, sədr Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək, Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir.

Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fahrettin Altun bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə fotoşəkilləri çəkdiriblər.

Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO - foto 1
Fahrettin Altun Azərbaycanda səfərdədir – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO