Bakıda MÜHÜM TƏDBİR - Spikerlər paytaxtımıza TOPLANIR - FOTO

Bakıda MÜHÜM TƏDBİR - Spikerlər paytaxtımıza TOPLANIR - FOTO

Hazırda oxunan: Bakıda MÜHÜM TƏDBİR - Spikerlər paytaxtımıza TOPLANIR - FOTO
235444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayır.

Bizim.Media xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
 

Qeyd edək ki, artıq bir çox ölkələrin qanunverici orqanlarının sədrləri tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.


Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib.

Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

Bakıda MÜHÜM TƏDBİR - Spikerlər paytaxtımıza TOPLANIR - FOTO - foto 1
Bakıda MÜHÜM TƏDBİR - Spikerlər paytaxtımıza TOPLANIR - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO