Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO

Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO

Hazırda oxunan: Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO
231692
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birləşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Türkiyə ordusunun Suriya ilə sərhəddəki postlarından birində də olub.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiyə ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO - foto 1
Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO - foto 2
Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO - foto 3
Hikmət Mirzəyev Türkiyə-Suriya SƏRHƏDİNDƏ - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO