İran səfiri İrəvandakı Azərbaycan memarlıq abidəsində mərasim keçirdi

İran səfiri İrəvandakı Azərbaycan memarlıq abidəsində mərasim keçirdi

Hazırda oxunan: İran səfiri İrəvandakı Azərbaycan memarlıq abidəsində mərasim keçirdi
226400
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən İrəvandakı Azərbaycanın qədim memarlıq abidəsi olan Göy Məsciddə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iştirakı ilə bu ölkədə fars dili tədris olunan məktəblərin müəllimləri tərəfindən “Çillə gecəsi” münasibəti ilə şənlik mərasimi təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalı yazıb.

Məlumata görə, Göy Məsciddə keçirilən mərasimə İranın İrəvandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed, fars dilini tədris edən professorlar, şagirdlər, eləcə də İran mədəniyyəti ilə maraqlanan insanlar qatılıblar.

Qeyd olunub ki, şənlikdə İranın İrəvandakı səfiri Mehdi Sübhani çıxış edərək bildirib ki, “Çillə gecəsi”nin Ermənistanda keçirilməsi iki xalq arasında dərin mədəni əlaqələrin göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO