Amma insanın insana tarix boyu şüurlu olaraq verdiyi əzabların, işgəncə növlərinin sayı-hesabı yoxdur. Onun mərhəmətinin müəyyən dərəcəsi olsa da, vəhşiliyinin təxəyyülünün sərhəddi yoxdur. Nə dinlərin, nə filosofların mərhəmətə və sevgiyə çağırışı insan oğlunu dəyişdirə bilmədi. Bəşəriyyət sivilizasiyada yuksəlişlər əldə edə, ən müasir texniki nailiyyətlərə nail ola bilər. Lakin ən vacib bir şeyə nail ola bilməyib - bu, insanın təbiətindəki pisliyin, vəhşiliyin yerini mərhəmətlə doldurmasıdır. Bu baş vermədikdə insanın elmi və texniki nailiyyətləri əksinə faydalı yox, təhlükəli olmağa başlayır. Çünki məsələn, nüvə silahı istehsal edir və ondan bütün bəşəriyyəti məhv etmək üçün istifadə edir, yaxud digər silah növləri. Vəhşilik aradan qalxmayınca, hər bir kəşf, ixtira, xüsusən yeni növ silahların kəşfi böyük təhlükə mənbəyidir!
Nəzakət Məmmədova, politoloq


































































































