Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO

Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO
214354
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.

Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxıblar.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.



Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 1
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 2
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 3
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 4
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 5
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 6
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 7
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 8
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 9
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 10
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 11
Prezident və birinci xanım Cəbrayılda - FOTO/VİDEO - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO