Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI

Hazırda oxunan: Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI
210270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra müraciət və şikayətlər daxil olub. MSK-nın sentyabrın 5-də keçirilən iclasında həmin müraciətlərə baxılıb.

Qeyd edək ki, MSK-ya müraciətlər 12 seçki dairəsindən gəlib. 10 saylı Binəqədi üçüncü, 15 saylı Nəsimi, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbael (7, 8, 9, 10 saylı məntəqə), 24 saylı Nizami birinci, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 78 saylı Lənkəran kənd, 94 saylı Ucar, 97 saylı Tərtər-Ağdərə-Goranboy və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrinə daxil olan şikayətlər bəzi məntəqələrdə iddia olunan qanun pozuntuları ilə bağlı olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu dairələrdən şikayətlər var – SİYAHI


94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri qaytarılıb. 

Görəsən, MSK-ya şikayətlərin olduğu dairələrdə kimlər qalib gəlib?

Elşad Musayev

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 1

10 saylı Binəqədi üçüncü seçki dairəsinin qalibi Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev olub. O, seçicilərin 57 faizinin səsini qazanıb. 

Ülvi Quliyev

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 2

15 saylı Nəsimi seçki dairəsinin qalibi isə Ülvi Quliyevdir. Ona seçicilərin 55,5 faizi səs verib. 

Asim Mollazadə

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 3

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən isə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə rəqiblərini qabaqlamağı bacarıb. O, səslərin 58 faizini əldə edib. 

Ziyad Səmədzadə

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 4

23 Nəsimi-Səbail seçki dairəsinin lideri isə Ziyad Səmədzadə olub. Seçicilərin 52 faizi onu dəstəkləyib.

Könül Nurullayeva

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 5

24 Nizami birinci seçki dairəsində Könül Nurullayeva qalib gəlib. Ona seçicilərin 47,9 faizi səs verib. 

Malik Həsənov

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 6

71 saylı Cəlilabad şəhər seçki dairəsinin qalibi Malik Həsənov olub. Seçicilərin 69,3 faizinin səsini qazanıb. 

Elman Nəsirov

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 7

72 saylı Cəlilabad kənd seçki dairəsinin qalibi isə YAP-ın namizədi Elman Nəsirov olub. Ona seçicilərin 58 faizi rəğbət göstərib. 

Fəzail İbrahimli

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 8

73 saylı Masallı-Cəlilabad seçki dairəsindən isə Fəzail İbrahimli seçilib. Seçkiyə gələnlərin 50,6 faizi ona səs verib. 

Anar İsgəndərov

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 9

78 saylı Lənkəran kənd seçki dairəsində YAP-ın namizədi Anar İsgəndərov qalib olub. Ona seçicilərin 59,7 faizi səs verib. 

Ramil Həsən

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 10

94 saylı Ucar seçki dairəsindən isə Ramil Həsən deputat seçilib. Seçicilərin 61 faizinin səsini qazanıb. 

Anar Məmmədov

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 11

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin qalibi olan Anar Məmmədov isə 70,6 faizlə birinci olub. 

Ceyhun Məmmədov 

Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI - foto 12

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin qalibi Ceyhun Məmmədovdur. Onun topladığı səs 70 faizin üzərindədir.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO