Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB/FOTO

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB/FOTO
191519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı bundan əvvəl keçirilən görüşlər məmnunluqla xatırlandı.

ICESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğuladı.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işlərinin getdiyi məmnunluqla qeyd olundu.
ICESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparıldı.

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

11:28

Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO