Elmar Məmmədyarov: “Brüssel görüşü regional təhlükəsizliyə təhdiddir” – MÜSAHİBƏ 

Elmar Məmmədyarov: “Brüssel görüşü regional təhlükəsizliyə təhdiddir” – MÜSAHİBƏ 

Hazırda oxunan: Elmar Məmmədyarov: “Brüssel görüşü regional təhlükəsizliyə təhdiddir” – MÜSAHİBƏ 

185789

Xəbər verdiyimiz kimi  bu gün Brüsseldə ABŞ dövlət katibi Antoni Blinkenin, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək. Görüşün nəticəsindən asılı olmayaraq görüşün formatı ciddi narahatlıq doğurur. Çünki Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında təhlükəsizlik paktının imzalanması gözlənilir.

Brüssel görüşü ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Bizim.Media-ya müsahibə verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Brüssel görüşü qorxunc hadisələrin anonsudur” – MÜSAHİBƏ 


Həmin müsahibəni təqdim edirik:

- Elmar müəllim, Brüssel görüşü barədə nə deyə bilərsiniz?

- Görüş bütün hallarda neqativə köklənib. Bununla belə inanmıram  ki, bu görüşdə hansısa konkret nəticə olsun.

- Amma bütün hallarda görüş təşəbbüsünün özü belə xoş deyil...

- Razıyam. Qərb Cənubi Qafqaz üçün yeni planlar qurur. O hansı planlardır? Bunu məhz bu görüşün nəticələrindən sonra biləcəyik.

- Brüssel görüşü ərəfəsində ABŞ dövlət katibi və AK Prezidenti Azərbaycan Prezidentinə zəng etdi. Bu zənglərlə bağlı nə deyə bilərsiniz?

- Əslində bu bir icazə zəngidir. Həm ABŞ, həm də Qərb istəmir ki, Azərbaycan Brüssel görüşündən narahat olsun, narazı qalsın.

- Bəs, Qərb bu dediklərində nə qədər səmimidir?

- Bilirsiniz, Brüssel görüşünün mahiyyəti Ermənistanı Rusiyanın əlindən qopartmaqdır. O ki, qaldı regional təhlükəsizlik məsələsinə. Mən bunu dəfələrlə demişəm, yenə təkrar edirəm - təhlükə o zaman yaranacaq ki, Aİ-nin Ermənistandakı müşahidəçi mülki missiyası silahlı hərbçilərlə əvəz olunacaq. Bax, onda təhlükə ola bilər. 

- Hər halda proseslər buna doğru inkişaf edir...

- Tamamilə doğrudur, Aİ müşahidəçi missiyasının sayını günbəgün artırır. Bu gedişlə bir müddətdən sonra Ermənistan “təşəbbüs qaldıracaq” və Aİ də bu “təşəbbüsü” dəstəkləyəcək ki, müşahidəçilər silahlandırılsın. Müşahidəçilərin silahlandırılması isə artıq regional təhlükəsizliyə təhdid deməkdir.

- Deməli, Azərbaycan öz narahatlığında haqlıdır?

- Əlbəttə. Azərbaycan haqlı olaraq Brüssel görüşünə və onun formatına etiraz edir. Ermənistanın silahlandırılması region üçün təhdid deməkdir. Üstəlik, silahlı Aİ missiyasının Ermənistana gəlməsi Lavrovun dediyi kimi, artıq NATO-nun bölgəyə gəlməsi deməkdir. Çünki həmin missiyada hətta Kanadanın da nümayəndəsi var. Ona görə də ilk öncə Brüssel görüşünün nəticələrini  gözləməliyik. Yalnız bundan sonra daha aydın mənzərəni görə bilərik.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO