Qərbin İKİÜZLÜLÜYÜ – Ukraynanı necə yarı yolda BURAXIRLAR?

Hazırda oxunan: Qərbin İKİÜZLÜLÜYÜ – Ukraynanı necə yarı yolda BURAXIRLAR?

184133

“The Financal Times”ın məlumatına görə, Vaşinqton Ukraynadan Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağı tələb edib. Səbəb isə neft qiymətlərinin bahalaşmasıdır. Çünki bu hücumlar neftin qiymətinin artmasına və bunun nəticəsində ABŞ daxili bazarında benzinin bahalaşmasına səbəb olur. Bu isə öz növbəsində seçki ərəfəsində Baydenin reytinqinə mənfi təsir göstərir...
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin növbəti QURBANI - “Təhlükəsizlik” paktı Ermənistanı UÇURUMA SÜRÜKLƏYİR


Qeyd edək ki, hazırda dünya birjalarında neftin qiyməti 90 dolları keçib. 

Bu vəziyyət onu göstərir ki, kollektiv Qərb üçün Ukraynanın mübarizəsi və bu mübarizədə qurbanlar verməsi heç bir əhəmiyyət kəsb etmir. Onlar üçün əsas məsələ öz mənafelərinin təmin edilməsidir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Vaşinqtonun Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsindən narahatlığı Moskvanın cavab zərbəsi olaraq daha kəskin addımlar atması qorxusundan irəli gəlir: 

“ABŞ və Avropa Birliyi Moskvaya qarşı sanksiya tətbiq edib və Rusiyadan neft və neft məhsulları almırlar. Əvvəllər sutkada 7,5 milyon barrel neft satan Rusiya indi demək olar ki, neft məhsullarını ümumiyyətlə satmır və cəmi sutkada 4 milyon barrel neft satır. Amerika və Aİ-ni Rusiyanın neft infrastrukturunun sıradan çıxarılmasının neftin qiymətinə təsir edəcəyi narahat etsəydi, heç sanksiyalar tətbiq etməzdi. 

Burada məqsəd təbii ki, başqadır. 

Söhbət ondan gedir ki, Ukrayna Rusiyanın daxilinə zərbələr endirməyə başlaması, onun neft və yanacaq infrastrukturunu sıradan çıxarması, Moskvanı daha kəskin addımlar atmağa məcbur edir və bu da Qərbi qorxudur. Dnepr SES-nə qarşı törədilən hücum Qərbi Rusiyanın bunun ardınca hası addımları ata biləcəyilə bağlı düşünməyə məcbur edir. İlk növbədə də Rusiyanın taktiki nüvə silahlarından istifadə ehtimalı Qərbi narahat edir. Bu mənada da neftin qiymətinin bahalaşmasının Qərbi ciddi narahat etdiyini düşünmürəm. 

Rusiya onsuz da OPEK+ qarşısında neft istehsalını azaltmaq öhdəliyi götürüb. Qərb isə sözün həqiqi mənasında ikiüzlüdür. Bu heç kimə sirr deyil. Ukraynaın taleyi Qərbi qətiyyən maraqlandırmır. Mart ayı başa çatır, ABŞ hələ də Ukraynaya yardım barədə qərar qəbul etməyib.
Üstəlik əvvəldən elan etmişdilər ki, bu il Ukraynaya ayrılacaq hərbi yardım 2023-cü ildən az olacaq. Keçən il 23 milyard dollarlıq hərbi yardım göstərilmişdi.

Amma bu yardımlara rəğmən Ukrayna cəbhədə irəliləyiş əldə edə bilmədi. Həmin yardımın azalması fonunda isə Ukrayna ümumiyyətlə heç nəyə nail olmayacaq. 

Hesab edirəm ki, bu hadisələrdən hamı nəticə çıxarmalı, Qərbin nə qədər ikiüzlü siyasət yeritdiyi hamıya aydın olmalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO