BMT-nin tədbirində Qərbi azərbaycanlıların qayıdış hüququ MÜZAKİRƏ EDİLİB - FOTO

BMT-nin tədbirində Qərbi azərbaycanlıların qayıdış hüququ MÜZAKİRƏ EDİLİB - FOTO

Hazırda oxunan: BMT-nin tədbirində Qərbi azərbaycanlıların qayıdış hüququ MÜZAKİRƏ EDİLİB - FOTO
182106
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva 11 mart tarixində BMT-nin Cenevrə şəhərindəki bölməsində miqrasiya ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə (“Təhlükəsiz, nizamlı və müntəzəm miqrasiya üzrə Qlobal Sazişin ikinci regional icmalı”) Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı çıxış edib.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildiriblər ki, çıxışında qayıdış hüququnun beynəlxalq insan hüquqlarının ayrılmaz hissəsi olduğunu bildirən P. Vəliyeva hazırkı qlobal qaçqın böhranı müstəvisində bu hüququn ən optimal həll kimi daha da aktuallaşdığını vurğulayıb.

İcmanın nümayəndəsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Gündəliyi çərçivəsində qayıdış hüququna diqqət yetirilməli olduğunu qeyd edib.
P. Vəliyeva Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, o cümlədən öz şəxsi nümunəsində ata-baba yurdu Vedibasardan 1988-ci ildə yüz minlərlə azərbaycanlı kimi zorla qovulması barədə məlumat verib və qaçqınlıq həyatının çətinliklərindən danışıb.

O, Qərbi Azərbaycan İcmasının qayıdış mövzusunda Ermənistanla dialoqa başlamağı təklif etdiyini, lakin hələ də Ermənistan hökumətinin bu çağırışı cavabsız qoyduğunu bildirib.

P. Vəliyeva Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasının qlobal köçkünlük probleminin həllinə və regionda davamlı sülhün bərqərar olmasına böyük töhfə verəcəyinə qeyd edib, beynəlxalq ictimaiyyətin bu prosesə dəstək verməsinə böyük ehtiyac duyulduğunu vurğulayıb.

BMT-nin tədbirində Qərbi azərbaycanlıların qayıdış hüququ MÜZAKİRƏ EDİLİB - FOTO - foto 1


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO