“The Rockefeller Foundation”ın vitse-prezidenti: “Azərbaycanla əməkdaşlığa hazırıq”

“The Rockefeller Foundation”ın vitse-prezidenti: “Azərbaycanla əməkdaşlığa hazırıq”

Hazırda oxunan: “The Rockefeller Foundation”ın vitse-prezidenti: “Azərbaycanla əməkdaşlığa hazırıq”
178671
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

Bizim.Media  xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd edib. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO