Braziliya parlamentinin senatoru: “Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu”

Braziliya parlamentinin senatoru: “Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu”

Hazırda oxunan: Braziliya parlamentinin senatoru: “Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu”

177323

Fevralın 8-də Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya parlamentinin senatorları Nelson Trad Filxo və Karlos Viana ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə Fəzail İbrahimli qonaqlara ölkəmizin qazandığı uğurlar, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkiləri, ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyi barədə məlumat verib. 

Söhbət zamanı Fəzail İbrahimli Azərbaycan və Braziliya arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Braziliya parlamentinin senatoru Nelson Trad Filxo ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq fevralın 7-də keçirilmiş seçki prosesini müşahidə zamanı vətəndaşların göstərdikləri fəallıq, onların seçkiyə göstərdikləri diqqət, prosesin yüksək səviyyədə təşkil olunması barədə fikirlərini bölüşüb, seçkilərin uğurlu keçirilməsinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, təhsil və digər sahələrdə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO