"Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq" - Cevdet Yılmaz

Hazırda oxunan: "Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq" - Cevdet Yılmaz

169901

“Müqəddəs Vətən üçün canlarından keçən şəhidlərimiz, Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti olaraq Azərbaycanı ilk ziyarətimdə mənəvi hüzurunuzda olmaqdan böyük şərəf duyuram”.  

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şəhidlər Xiyabanında çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO  


“Sizlər, əziz Vətənin övladları, 105 il öncə qardaş Azərbaycanı müdafiə edərkən şəhid oldunuz. Müqəddəs torpaqlar üçün çatdığınız şəhidlik zirvəsi Türkiyə və Azərbaycan xalqları arasındakı qardaşlıq bağını sonsuz edib.

Sizin savaşınız bu gün Azərbaycan xalqının rifahı və hüzuru üçün mübarizə aparan bizlərin yoluna işıq olub. “Bir millət, iki dövlət” şüarı və sizlərin fədakarlıqları ilə bizim qardaşlığımız əbədi davam edəcək. Əziz xatirənizi keçmiş və gələcək nəsillərin qəlbində daim yaşadacağıq. Ruhlarınız şad olsun! Allah rəhmət eləsin!” – deyə, Cevdet Yılmaz bildirib. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO