Moderator.az xəbər verir ki, həbs olunduğu zaman çəkilmiş fotoları ilə məşhur olan "dünyanın ən seksi dustağı" Ceremi Meeks Nyu-York Moda Həftəsində podiuma çıxıb.
xa0
2014-ci ildə Kaliforniyada silahlı soyğun cinayətinə görə həbs olunan və internetə yayılmış məhkum şəkli sayəsində qısa müddətdə "dünyanın ən seksi dustağı" kimi şöhrət qazanan Ceremi Meeks ötən aylarda təxliyə edilmişdi. Hələ həbsdə ikən bir sıra reklam təklifləri alan Meeksin azadlığa qovuşandan sonra reklam karyerasını qurmağa başlayıb. xa0
Nyu-York moda həftəsi çərçivəsində xa0Meeks Philipp Pleinin "Payız 2017" defiəsində podiuma çıxıb. Madonna, Kylie Jenner və Tyga kimi tanınmış simalar Meeksi izləyənlər arasında olub.
Moderator.az həmin dəfilədən çəkilmiş fotolardan bəzilərini təqdim edir.
Zəhra

































































































