Bahar Muradovadan Siyavuş Novruzova CAVAB – “Zorakı kişilərlə bağlı...”

Bahar Muradovadan Siyavuş Novruzova CAVAB – “Zorakı kişilərlə bağlı...”

Hazırda oxunan: Bahar Muradovadan Siyavuş Novruzova CAVAB – “Zorakı kişilərlə bağlı...”

169721

“Ötən il məişət zorakılığı zəmnində 52 qadın öldürülüb. 2021-ci ildə isə bu say 46 nəfər olub”.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deputat Siyavuş Novruzovun fikirlərinə cavab olaraq məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qadın cinayətlərinin artmasında “TikTok”un böyük rolu var” – Siyavuş Novruzov 


“Sadəcə qadın ölümləri ilə bağlı məsələlər geniş müzakirə olunur. O qədər çox müzakirələr aparılır ki, bizə də elə gəlir hər gün 7 qadın öldürülür. Düşünürəm ki, zorakı kişilərlə bağlı tədbirlərin görülməsinə ehtiyac var”, - deyə komitə sədri əlavə edib. 

Qeyd edək ki, Siyavuş Novruzov çıxışında araşdırma apardığını və hər gün mətbuatda 2-7 qadının öldürülməsi faktına rast gəldiyini bildirib. Deputat orta hesabla ildə 1000-dən çox qadının öldürüldüyünü qeyd edib.

Murad Əhmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO